AZ

Telekanallar Hafiz Hacıyevə məhdudiyyət qoyub? - AÇIQLAMA

"Biz heç kimə yalvarası deyilik ki, efirə çıxaq".

Bunu Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Bakıvaxtı.az-a açıqlamasında deyib.

MMP sədrinin sözlərinə görə, bəzi telekanallar onun efirə çıxmasına qadağa qoysa da, bunun səbəbi naməlumdur. 

"Bəzi telekanallar bizi efirə dəvət etmirlər, müəyyən məhdudiyyətlər qoyulub. Görünür, onlar kimlərəsə xidmət edirlər. Biz heç kimə yalvarası deyilik ki, efirə çıxaq. Biz müxalif partiyasıyıq,  bəzi məmurların xalqı incitməsinə qarşı mübarizə aparmışıq və bu proses davam edəcək", - deyə Hafiz Hacıyev vurğulayıb.

Gülşən Şərif

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
48
bakivaxti.az

1Mənbələr