AZ

Rafiq Hüseynov: “Söz demişdi, utandım ki, Taleh yalançı çıxar” – VİDEO

“Görüşlərdən dərhal sonra adətən məşqçilərdən və ya həkimlərdən telefon tapıb dostlarımla əlaqə saxlayıram”.

Bunu “İdman Bizdə” verilişinin qonağı olan Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov (87 kq) deyib.

Türkiyənin İstanbul şəhərində keçirilən Dünya Olimpiya Təsnifat Turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanan pəhləvan həlledici görüşdən sonra komanda yoldaşı Taleh Məmmədovla maraqlı dialoqundan söz açıb. O bildirib ki, onu yanıltmamaq üçün əlindən gələni edib: “Yarışlardan sonra birinci atam, daha sonra isə dostlarım Hacıxan, Eldəniz və Talehlə əlaqə saxlayıram. Talehə dedim ki, qələbə qazanmağımın səbəbi sənin sözündür. Utandım ki, yalançı çıxarsan. Ona görə qalib gəldim. Onlar bilirdilər çox əziyyət çəkirəm. Lisenziya qazanmağımı çox istəyirdilər. Ümid edirəm ki, sevindirə bilmişəm”.

Qeyd edək ki, Taleh Məmmədov Dünya Olimpiya Təsnifat Turnirindən öncə İdman.bizə müsahibəsində Rafiq Hüseynovun İstanbula yarışa yox, müharibəyə yollanacağını bildirmişdi.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
67
idman.biz

1Mənbələr