AZ

Yağış xəstəliklərə səbəb olub

Keniyada aprelin ortalarından bəri davam edən leysan yağışı daşqınlar başlayıb. 

"Cebhe.info" xəbər verir ki, hökumət sözçüsü İsaak Mvaura ölkədə baş verən daşqınlarla bağlı mətbuata açıqlama verib. Mvaura seldə həyatını itirənlərin sayının 277-yə yüksəldiyini bildirib və əlverişsiz hava şəraitinin təxminən 411 min insana təsir etdiyini və 56 min ailənin evlərini tərk etmək məcburiyyətində qaldığını qeyd edub. O, ölkə daxilində 62 sağlamlıq mərkəzinin zərər gördüyünü, epidemik xəstəliklərin başladığını və 53 vəba hadisəsinin aşkar edildiyini bildirib. 

Digər tərəfdən, Keniyada daşqınlar nəticəsində 9 min dekar kənd təsərrüfatı sahəsi zərər görüb, 4 min ferma heyvanı tələf olub. Hökumət daşqınlardan zərər çəkənlər üçün 167 düşərgə yaradıb. Keniya da daxil olmaqla, Tanzaniya, Somali, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri leysan yağışların yaratdığı daşqınlardan mənfi təsirlənib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
cebheinfo.az

1Mənbələr