AZ

Bakı metrosunda oğurluq edən şəxs SAXLANILDI

Bakı metrosunda oğurluq hadisəsi baş verib.

 

Bu barədə Sfera.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə mayın 9-da qeydə alınıb.

 

“Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyalarının birinin keçidində yerləşən piştaxtadan 62 ədəd lotereya biletini oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb”, - vurğulanıb.

 

Qurum araşdırmanın aparıldığını əlavə edib.

 

Günay

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
2
sfera.az

3Mənbələr