Yunanıstanın paytaxtı Afinada tələbə birliklərinin çağırışı ilə Fələstinə dəstək aksiyası təşkil edilib. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-də başlayan və Avropa ölkələrinə yayılan Fələstinə dəstək nümayişləri çərçivəsində Yunanıstanda da tələbələr Afina Universitetinin qarşısında toplaşıb. Fələstinə dəstək verən digər tələbə qrupları ilə həmrəylik nümayiş etdirmək istəyən yunan tələbə birlikləri axşam təşkil etdikləri aksiyada mahnılarla sülh mesajı veriblər. Aksiya çərçivəsində keçirilən konsertdə sülh və dostluq mahnıları səsləndirilib.
- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta