AZ

Azərbaycanın Türkmənistandakı səfiri Balkan vilayətinə səfər edib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov 13-14 may2024-cü ildə Türkmənistanın Balkan vilayətinə səfər edib.

Trend xəbər verir ki, səfər çərçivəsində Q.Gözəlov BalkanVilayətinin Hakimi, Türkmənbaşı Şəhərinin hakimi, TürkmənDənizdəryayolları Agentliyinin sədri, Türkmənbaşı Beynəlxalq DənizLimanın rəhbəri və “Balkan” gəmiqayırma zavodunun direktoru iləgörüşmüş, limana və gəmiqayırma zavoduna baş çəkib.

Görüşlərdə ikitərəfli əməkdaşlığın cari vəziyyəti və gələcəkperspektivlər barədə müzakirələr aparılıb. Görüşlərdə Türkmənbaşılimanının iki ölkə arasındakı dəniz nəqliyyatında oynadığı rol iləyanaşı, həmçinin Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinininkişafındakı əhəmiyyəti də qeyd edilib.

Həmçinin, səfər zamanı Q.Gözəlov Balkan vilayətində yaşayanAzərbaycan vətəndaşları və soydaşlarımız ilə görüşüb. Görüşdə səfirAzərbaycan dövlətinin xaricdə yaşayan vətəndaşlarımıza verdiyiəhəmiyyət və qayğı barədə danışıb, həmvətənlərimizin təklif vəricalarını dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıb.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
12
3
az.trend.az

4Mənbələr