AZ

Yarandığı gün 5 ərəb dövləti ilə savaşa girən İsrail dövlətinin 76-cı ili

Bu gün bizə ənsadiq dostlardan biri olan İsrail dövlətçiliyinin yaranmasıgünü qeyd edilir.


Adalet.az xəbər verir ki, İngilislərin Fələstin torpaqlarından çəkilməsindən sonra Tel-Əvivdə toplanan Yəhudi Milli Şurası 1948-ci il mayın 14-də müstəqil İsrail dövlətinin qurulduğunu elan etdi. Elə o vaxtdan həmin gün Milli bayram kimi geniş qeyd olunur.

Hələ 1947-ci il noyabrın 29-da BMT Baş Assambleyasının qərarına əsasən, Böyük Britaniyanın mandatı altında olan Fələstin ərazisi iki müstəqil ölkəyə - ərəb və yəhudi dövlətlərinə parçalanmışdı, Qərarda göstərildiyi kimi hər iki dövlət öz ölkəsində sayca azlıqda qalan millətlərin hüququnu təmin edəcək demokratik konstitusiya qəbul etməli idi. Yəhudi dövləti üçün qarışıq əhalisi (497 min ərəb və 498 yəhudi) olan 14,1 km² ərazi (Fələstinin ümumi ərazisinin təqribən 56 faizi) ayrılmışdı.
Qüds isə BMT-nin idarəsi altında nüstəqil inzibati vahidə ayrıldı və şəhərə xüsusi beynəlxalq status verildi.

Lakin 5 ərəb dövləti İsrailə qarşı müharibəyə qalxdı. İlk Ərəb - İsrail Müharibəsi (1948-ci ilin may ayının 15-dən 1949-cu ilin mart ayının 10-a qədər davam etmiş və yeni yaradılmış İsrail dövləti ilə ərəb dövlətlərinin hərbi ittifaqı arasında Britaniya Fələstini uğrunda baş vermiş hərbi münaqişə nəzərdə tutulur. 1947-1949-cu illərdə Fələstin müharibəsinin ikinci və sonuncu mərhələsidir-red- Ə.R.)nəticəsində İsrail, o cümlədən, İordaniya və Misir ərazilərini genişləndirdilər, bölgənin əsl sahibi olan fələstinlilər isə qaçqın vəziyyətinə salındı. Yeri gəlmişkən, o dönəmdə bir çox ərəb ölkəsi də yerli yəhudi əhalisinə qarşı ayrı-seçkilik siyasətini həyata keçirməyə başladı. 1948-ci ildə Ərəb-İsrail müharibəsi zamanı ərəb ölkələrindəki yəhudilərin vəziyyəti həddən artıq pisləşdi.

1947-ci ilin dekabrında ərəb dünyasında böyük anti-yəhudi qiyamlar baş verdi. 1948-ci ilin ortalarında ərəb ölkələrindəki yəhudi icmalarına hücumlar edildi və onların qərargahları dağıdıldı. Nəticədə bir çox yəhudi ərəb və İslam ölkələrindən məcburi köçürülməyə məruz qaldı. Liviyada yəhudilərin vətəndaşlığı əllərindən alındı. İraqda mülkləri ələ keçirildi. 1956-cı ildə Misir yəhudi əhalisinin böyük bir qismini ölkədən qovdu. Əlcəzair isə müstəqilliyini 1962-ci ildə elan etdikdən sonra yəhudilərin sənədlərini əllərindən aldı. Yəhudilərin əksəriyyəti məcburi şəkildə köçürüldü, bəziləri isə ideoloji səbəblərə görə özləri köçdülər. Bu münaqişə indiyədək davam etməkdədir.

 

Şimon Peresin tarixi çıxışı


İsrailin eks-prezidenti Şimon Peres çıxışında İsrailin yaranması haqqında fikirləri dünya miqyasında geniş müzakirələrə səbəb oldu:” Biz torpaq arzusundaydıq, lakin əldə etdiyimiz torpaq arzu deyildi. Bu, Yaxın Şərqin mində bir hissəsi olan kiçik torpaq sahəsi idi. Bu torpaq bizə elə də yaxşı yanaşmırdı. Orda bataqlıq, ağcaqanadlar, cənubda səhra, daşlıq var idi. Ağcaqanadlarla daşlar arasında seçim etməli idik. Burada olan iki gölün biri ölü idi, digəri quru. Məşhur çay olsa da suyu yox idi. Heç bir təbii ehtiyat da yox idi - nə qızıl, nə də neft. Onda deyirdilər ki, Yaxın Şərqdə iki cür dövlət var - neft ölkələri və müqəddəs ölkələr. Ümumiyyətlə, heç nəyimiz olmadığı üçün bizimki tam müqəddəs hesab olunurdu. Biz tənha idik. Nə din qardaşımız, nə dilibir bacımız, nə də tarixi qonşumuz var idi. Bütün bunlar “Holokost”dan sonra baş verirdi. Biz bura gəldik və nə edəcəyimizi bilmirdik. Doğrudan da bilmirdik. İnsanlar məndən necə fəal qalmağın mümkünlüyünü soruşur. Bu çox sadədir. Zehninizdə nailiyyət və arzularınızı sayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli hələ gəncsiniz.

-Biz düşündük ki, təbiətin ən böyük neməti insandır. Torpaq xalqı deyil, insanlar torpağı zənginləşdirdi. İnsanlar məndən necə fəal qalmağın mümkünlüyünü soruşur. Bu çox sadədir. Zehninizdə nailiyyət və arzularınızı sayın. Əgər arzularınız nailiyyətlərinizdən çoxdursa, deməli, hələ gəncsiniz.

Biz hamımız alim olduq. İsraildəki hər fermer kənd təsərrüfatının susuz, torpaqsız necə inkişaf etdiyinə baxırdı. Biz onu inkişaf etdirdik. Bu dünyada xay-tekə əsaslanan kənd təsərrüfatını inkişaf etdirməyə başladıq. Mən də onda kənd təsərrüfatı universitetinin tələbəsi idim, biz ağacları isti su ilə suvarıb, bu halda onların daha yaxşı bitəcəyini düşünürdük.

Təəccüblü olsa da, aydın oldu ki, təkcə torpaq deyil, xay-tekə əsaslanan kənd təsərrüfatı nəticə verir. Bu gün bizdə kifayət qədər su var. Suyu adətən tapırlar, onu əldə etmirlər. Biz isə onu əldə etməyə başladıq və uğur qazandıq. Suyu şirinləşdirdik, suya tələbatı çox olmayan tərəvəzlər tapırdıq, seleksiya ilə məşğul olurduq. Əsl sirr budur: gələcək üçün nə tapdığınz deyil, nə istehsal etdiyiniz vacibdir.

Bizdə nə adamlar, nə silah var idi. Heç vaxt vuruşmamışdıq. Cəmi 450 min əhalimiz var idi, nə generallarımız, nə də hərbi təcrübəmiz var idi. BMT İsrail dövləti yaratmaq qərarına gəldi, ancaq faktiki müharibə gedirdi. Biz ancaq iki şey edə bilərdik.

Birinci – insanlar mərd və cəsur olmalı idi. Onlar anlamalı idi ki, bizim qələbədən başqa seçimimiz yoxdur. Əgər bir dəfə uduzsaq, vəssalam.

İkinci – bizdə silah olmadığından onu istehsal etməyə başladıq. Ordunu inkişaf etdirmək üçün İT inkişaf etdirməli olduq. İsrailin İT sektoru orduya işləyirdi. Çünki düşmən əhatəsində tək idik.

Gənclərə deyirəm ki, sizdə düşüdüyünüzdən də çox şeylər var. Tənbəl olmayın. Torpağın sizə verə biləcəyindən qat-qat artığına sahibsiniz. Sizə verilməyənləri istehsal edə bilərsiniz. Bu, hamı üçün dərsdir. Bütün insanların potensialı eynidir. Ancaq hamı bir az tənbəldi. Nəyəsə nail olmaq üşün işləmək lazımdır. Heç nə göydən düşmür. Biz İsraildə çox işləmişik. Burda pis nə var? İnsanlar məzuniyyətə gedir – bu çox böyük vaxt itkisidir. 90 yaşım var, ancaq heç vaxt məzuniyyətdə olmamışam. Mənə deyirlər ki, “başın xarabdı? Bəs necə istirahət edirsən?” Mən isə işləməyə üstünlük verirəm. Bundan zöv alıram. Bədbin olmayın – bu da vaxt itkisidir.

Elmin ardınca getmək lazımdır. Elmin sərhəddi yoxdur. Keçmişin problemlərini həll etməyə çalışmayın, bilmirəm, bu ümumiyyətlə mümkündürmü? Keçmişin ümumiyyətlə heç bir rolu yoxdur. Sadəcə köhnə səhvləri təkrarlamamaq üçün onu öyrənin. Keçmişdə nə gələcək var, nə də ümid.

-Biz çoxları təsəvvür etmədən çox yadda saxlamağa üstünlük verir – bu böyük səhvdir. Nəyi yadda saxlamaq istəyirsiniz? Yol verilən bütün səhvləri? Tarixə bel bağlamaq olmaz. Tarixçilər kralların, hakimiyyətdə olan digərlərin – ancaq lazım olanı deyirdilər.

İnsanlar nədənsə qorxur. Nəyin olacağını ancaq Allah bilir. Bəzən məndən soruşurlar: geriyə baxdıqda ən böyük səhvləriniz hansılardı? Cavab verim: arzularımızın çox böyük olduğunu düşünürdük. Ancaq indi onların elə də böyük olmadığını anlayırıq. Böyük işlər barədə düşünün. Arzunuz nə qədər böyük olsa, nailiyyətiniz də bir o qədər böyük olacaq”.
Nəhayət bizə ən yaxın dost olan bütün yəhudiləri İsrail dövlətçiliyinin yaranması günü münasibətilə təbrik edirik!


Əntiqə Rəşid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
50
adalet.az

10Mənbələr