AZ

Qari Nevill Erik ten Haqın MY-dən qovulmasına qarşıdır

“Mançester Yunayted”in keçmiş futbolçusu Qari Nevill mankunianların baş məşqçisi Erik ten Haq haqqında fikirlərini paylaşıb.

Arena.az xəbər verir ki, ingilis mütəxəssis hesab edir ki, niderlandlı mütəxəssisin bu yay mümkün qovulması düzgün qərar olmayacaq

Onun bu barədə fikirlərini təqdim edirik: “Düzünü desəm, bu, indiyə qədər keçirdiyimiz ən pis Premyer Liqa mövsümü kimi görünür. Ten Haq böyük təzyiq altındadır və mövsümün sonunda hər şey ola bilər.

İki il əvvəl hamı bunu ağlabatan təyinat hesab edirdi. O, ən yaxşı məşqçilərdən biri idi. Avropanın ən yenilikçi məşqçisi hesab olunurdu. “Mançester Yunayted” son iki ildə bu çalışdırıcını elə hala salıb ki, son 12 ayda o, nə etdiyini bilməyən bir adama bənzəyir.

Amma bu, digər məşqçilərdə də olub. Nə vaxtsa bu dairə qırılmalıdır”, deyə Qari Nevill ümidlə bildirib.

Erik ten Haq “Mançester Yunayted”in sükanı arxasına 2022-ci ilin iyulunda “Ayaks”dan keçib. Ten Haqın “Mançester Yunayted”lə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Ümumilikdə 54 yaşlı mütəxəssis “qırmızı şeytanlar”la bütün yarışlarda 111 oyun keçirib, 65 qələbə, 15-də heç-heçə, 31 məğlubiyyət yaşayıb. Niderlandlı mütəxəssisin rəhbərliyi altında İngiltərə nəhəngi 200 qol vurub, 153 qol buraxıb.

Erik ten Haq “Mançester Yunayted”ə ötən mövsüm İngiltərə Liqa Kubokunu qazandırıb.

Cari mövsümdə isə niderlandlı mütəxəssis “qırmızı şeytanlar”ı İngiltərə Kubokunun finalına çıxarıb və burada onları əzəli rəqibi “Mançester Siti” gərgin oyun gözləyir. Digər yarışlarda isə Ten Haq uğursuzluğa düçar olub. “Mançester Yunayted” Çempinlar Liqasını qrup sonuncusu olaraq tərk edib, İngiltərə Liqa Kubokunu əldən verib. Premyer Liqada isə 36 oyundan 54 xal toplamış “qırmızı şeytanlar” yarış cədvəlinin 8-ci pilləsində qərarlşıblar ki, bu da klub tarixinin ən uğursuz nəticəsi olmaqla yanaşı, heç avrokuboklara da vəsiqə vermir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
arena.az

1Mənbələr