AZ

AVF Tovuzda yeniyetmələr üçün məşqlər təşkil edib

Azərbaycan Voleybol Federasiyası Tovuz Regional Voleybol Klubunda (RVK) təlim-məşq toplanışı təşkil edib. "Rekord.az" xəbər verir ki, yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər 12-14 may tarixlərində Tovuz OİK-də təşkil olunub.
Məşqlərə Tovuz RVK-da məşq keçən 40-a yaxın yeniyetmə qız cəlb edilib. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilib. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilib.
Qeyd edək ki, növbəti təlim-məşq toplanışı Gəncə RVK idmançıları üçün 15-17 may tarixlərində Gəncədə təşkil olunacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
7
rekord.az

9Mənbələr