AZ

Həbsxanada kütləvi zəhərlənmə: 76 nəfər xəstəxanaya yerləşdirilib

Həbsxanada kütləvi zəhərlənmə: 76 nəfər xəstəxanaya yerləşdirilib

Türkiyənin Diyarbəkir şəhərindəki cəzaçəkmə müəssisələrində nahardan sonra çox sayda məhbus və həbsxana işçisi xəstələnib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, qida zəhərlənməsi baş verən həbsxanaya təcili tibbi yardım qrupları sövq edilib.

Xəstəxanaya yerləşdirilən 76 nəfərdən 27-si həbsxanaya geri göndərilib.

Hadisə ilə bağlı 46 məhkumun və 3 şəxsi heyətin müalicəsi davam edir. Müayinə üçün yeməklərdən nümunələr götürülüb. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
sonxeber.az

1Mənbələr