AZ

“SoftBank Group” ötən maliyyə ili üzrə xalis zərər açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SoftBank Group” 2023-cü maliyyə ili üzrə xalis zərər açıqlayıb.

Banco.az xəbər verir ki, Yaponiyada enerji, maliyyə, investisiya və kommunikasiya sektorlarında xidmətlər göstərən “SoftBank Group” 2023-cü maliyyə ilinə dair balans hesabatını dərc edib.

Hesabatda qeyd olunur ki, şirkət 2023-cü maliyyə ilinin yanvar-mart dövründə 231,1 milyard yen (1,48 milyard dollar) xalis mənfəət əldə edib.

“Softbank Group” 2023-cü ilin aprel-2024-cü ilin mart ayları aralığında isə 227,6 milyard yen (1,46 milyard dollar) xalis zərər elan edib.

Bildirilib ki, 2021-ci maliyyə ilində 1,7 trilyon yen, 2022-ci maliyyə ilində isə 970,1 milyard yen xalis zərərlə üzləşən şirkətin xalis zərəri beləliklə, ötən 3 ilin ən aşağı səviyyəsinə düşüb.

2023-cü maliyyə ilində şirkətin satış gəlirləri 2,8 faiz artaraq 6,76 trilyon yenə (43,3 milyard dollar) çatdığı halda, ümumi investisiya itkisi 559,3 milyard yenə (3,58 milyard dollar) qədər azalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
75
banco.az

1Mənbələr