AZ

Ukraynada müharibə kritik mərhələyə daxil olur - Politico

Ukraynada tammiqyaslı müharibə "kritik mərhələyə daxil olur” və Xarkov Vladimir Putinin radarındadır.

Qaynarinfo Politico-nun yazdığına istinadla xəbər verir ki, təhlükə təkcə Ukrayna dövlətinin ən böyük şəhərlərindən birinə nəzarət deyil, həm də "ölkənin potensial olaraq döyüşü davam etdirmək qabiliyyətidir - Xarkov yıxılarsa, Qərbin qətiyyəti tezliklə ortaya çıxa bilər". "...Putin açıq-aydın, Ukrayna ordusuna müqavimət göstərmək üçün Qərbdən daha çox sursat və silah gəlməmiş pəncərədən yararlanmaq istəyir”, - materialda qeyd edilir.

Jurnalistlər əlavə ediblər ki, mayın 12-də Rusiya Federasiyası səhər tezdən ikitərəfli hücum həyata keçirib və hazırda Xarkovdan 30 kilometr şimalda qövs boyunca 30 şəhər və kənddən ibarət qrupa nəzarət etmək üçün qızğın döyüş gedir.
Ruslar son vaxtlar Xarkov vilayətində irəliləməyə başlayıblar. Bild-in analitiki Julian Repkenin mayın 13-də dərc etdiyi məlumata görə, ruslar üç gün ərzində ən azı 10 kəndi işğal edə biliblər. 14-də DeepState analitikləri düşmənin Lukyants kəndini nəzarətə götürdüyünü paylaşıblar .

Vladimir Zelenskinin sözlərinə görə, artıq Xarkov vilayətində müdafiə gücləndirilib və ukraynalı müdafiəçilər əks-hücumlar həyata keçirir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko bildirib ki, Rusiya regionun sərhədində 50 minə yaxın işğalçı toplayıb.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
1
qaynarinfo.az

2Mənbələr