AZ

Bilbord faciəsi: Ölən və yaralananlar var - VİDEO

Hindistanın Mumbay şəhərində reklam lövhəsinin aşması nəticəsində 8 nəfər ölüb.

News24.az Hindistanın NDTV kanalına istinadən xəbər verir ki, fırtına səbəbindən Mumbayın Ghatkopar rayonunda yanacaqdoldurma məntəqəsinin üzərinə reklam lövhəsi düşüb.

Çox sayda avtomobilin üzərinə düşən reklam lövhəsinin altında qalan 8 nəfər ölüb, 59 nəfər yaralanıb.

Milli Fəlakətlərə Müdaxilə Qüvvələri (NDRF) dağıntılar altında qaldığı təxmin edilən 20 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Maharaştra əyalətinin baş naziri Eknath Shinde verdiyi açıqlamada hadisədə həlak olanların ailələrinə maddi yardım ediləcəyini açıqlayıb.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Günel Məlikzadə


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
51
news24.az

1Mənbələr