İsrail ordusunun Qəzzaya hücumları səbəbindən ölənlərin sayı günü gündən çoxalır.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyi Qəzzadakı son vəziyyətlə bağlı açıpqlama yayıb.
Bildirilib ki, son 24 saatda Qəzzanın 8 müxtəlif bölgələrinə bomba yağdırılıb: "Nəticədə daha 82 dinc fələstinli həyatını itirib, 234-ü isə yaralanıb. Bununla da oktyabrın 7-dən etibarən Qəzzada ölənlərin sayı 35173-ə, yaralıların sayı isə 79061-ə yüksəlib".