AZ

Quldurluq edən şəxs SAXLANILDI

Nəsimi rayonu ərazisində bir nəfər şəxsin içərisində pulu, bank kartları, sənədi və mobil telefonunu olan pulqabısının quldurluq yolu ilə talanması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Avtosfer.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elxan Əliyev və Misir Həmidov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
avtosfer.az

1Mənbələr