AZ

Yasamalın icra başçısı inşa olunan Abad məhəlləyə baş çəkib - FOTOLAR

“İDEA” İctimai Birliyinin dəstəyi ilə  Yasamal rayonunda növbəti “Abad məhəllə” layihəsi həyata keçirilir.

"Unikal" xəbər verir ki, bununla əlaqədar Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov layihənin icrası ilə bilavasitə tanış olmaq üçün İnşaatçılar prospekti və Bakıxanov küçələrinin kəsişməsindəki əraziyə baş çəkib və baxış keçirib. Burada İcra Başçısı lahiyə üzrə iş içraçıları və müvafiq qurum rəhbərləri ilə söhbət edib, ərazidə təmir-bərpa və abadlıq işləri ilə tanış olub. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov öz tapşırıq və tövsiyyələrini çatdırıb, rayon sakinlərinin arzu və təkliflərinin də nəzərə alınacağını bildirib.

“Abad həyət” layihəsi əsasında qeyd olunan ünvanda çoxmənzilli binaların fasadları və giriş hissələri təmir edilir, burada söhbətkah və oturacaqlar quraşdırılır, binaların giriş blokları təmir edilir, giriş qapıları təzələnir, məhəllə tam işıqlandırılır, həyətin içindən keçən maşın yolları və bütün məhəllənin köhnə asfalt hissəsi isə təzələnir. Eyni zamanda bu ünvanda yeni yaşıllıq zolaqların, idman qurğuların quraşdırılması və futbol meydançasının salınması da nəzərdə tutulur.

Yasamal rayonunun müxtəlif ünvanlarında abadlıq-quruculuq işləri üzrə müxtəlif layihələrin icrası davam edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
50
unikal.az

10Mənbələr