AZ

Türkiyəli aktrisa vəfat etdi

Türkiyəli
Türkiyənin məşhur teatr aktrisası Ayten Gökçer dünyasını dəyişib. 1news.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, sabah 2009-cu ildə vəfat etmiş əri, teatr aktyoru Cüneyt Gökçerin yanında dəfn olunacaq.
Xatırladaq ki, aktrisa Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birinə həyat verib. Üç saatlıq filmdə sovet rejimi dövründə Bakıda Hərbi Hava Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən “KQB”nin (DTK) zülmünə dözməyərək iki dostu ilə birlikdə Türkiyəyə qaçan və barələrində ölüm hökmü çıxarılmış azərbaycanlı zabitin fəaliyyətindən bəhs olunur. Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bayrağı da bir neçə kadrda nümayiş etdirilir. Müəllif bununla sovet dövründə Xalq Cümhuriyyəti ideyaları ilə SSRİ-yə qarşı mübarizənin səngimədiyini göstərməyə çalışıb. Qeyd edək ki, 84 yaşlı aktrisa bir çox məşhur film və seriallarda da rol alıb. O, kino karyerasına 1965-ci ildə Ajda Pekkan, Erol Taş, Gönül Yazır, Metin Oktayın da rol aldığı “Taçsız kral” filmi ilə başlayıb.

Gölçer 1999-cu ildə lentə alınmış “Yılan hikayesi” serialında da oynayıb. Karyerası ərzində bir sıra mükafatlara layiq görülüb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
10
1news.az

10Mənbələr