AZ

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı təsdiqlənib

İdxalı

Bakı, 14 may, AZƏRTAC

İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, Baş nazir Əli Əsədov “İdxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı”nın təsdiq edilməsi haqqında Qərarı imzalayıb.

Sənəddə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısının təsdiqlənməsini nəzərdə tutulur.

Qərarın qəbul edilməsi ilə idxalı və satışı əlavə dəyər vergisindən azad edilən mineral gübrələrin və pestisidlərin konkret siyahısı müəyyənləşdiriləcək və Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulan müvafiq vergi güzəştinin effektivliyinin artırılmasına imkan yaranacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
1
azertag.az

2Mənbələr