AZ

Strateji əhəmiyyətə malik əməkdaşlıq

2015-ci ildən başlayaraq Bolqarıstanla Azərbaycan arasında qurulan strateji tərəfdaşlıq iki ölkə arasında dinamik inkişafı təmin etmişdir. Fəal siyasi dialoq, iki dövlət arasında müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə, dərinləşməsinə və yeni strateji nəticələrin əldə edilməsinə imkan vermişdir.

 Siyasi rəhbərlik səviyyəsində mütəmadi görüşlər bu iki ölkə arasında qarşılıqlı anlaşmanın və etimadın güclənməsinə xidmət edir. Son illərdə ticarət dövriyyəsinin bir neçə dəfə artması, əsasən enerji sektorunda qarşılıqlı əməkdaşlığın nəticəsidir. Bolqarıstan üçün Azərbaycanın təbii qaz təchizatçısı kimi rolu xüsusilə önəmlidir. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazının Bolqarıstana nəql edilməsi ölkənin enerji təhlükəsizliyinə ciddi töhfə verir və bu rəqəmin artması gözlənilir.

Bolqarıstan həmçinin Azərbaycan qazının Avropa bazarlarına tranzit edilməsində mühüm rol oynayır. Bu, Bolqarıstanı enerji daşımalarında kritik bir tranzit mərkəzinə çevirir və Avropa enerji təhlükəsizliyi kontekstində onun mövqeyini gücləndirir. Nəqliyyat sahəsində əməkdaşlıq genişlənir. Azərbaycanın sərmayəsi ilə Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi bu layihənin həm Şərq-Qərb, həm də əks istiqamətdə tranzit imkanlarını artırır. Bu infrastruktur layihəsi iki ölkə arasında və geniş Avrasiya regionunda ticarət və əməkdaşlığı daha da gücləndirəcək.

Azərbaycan və Bolqarıstan arasındakı bu münasibətlərin dərinləşməsi hər iki ölkənin regional və qlobal səviyyədə enerji və nəqliyyat təhlükəsizliyindəki rolunu artırır və iki dövlətin siyasi və iqtisadi istiqamətlər üzrə inteqrasiyasını təmin edir. Bu əməkdaşlıq hər iki tərəfin qarşılıqlı mənafelərinin əldə edilməsi baxımından strateji əhəmiyyətə malikdir.

Müşfiq Məmmədli,

Milli Məclisin deputatı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
ikisahil.az

1Mənbələr