AZ

ADA Universiteti Amerika Universitetinin Vaşinqton Hüquq Fakültəsi ilə birgə yeni proqram təqdim edir (FOTO)

Bakı. Trend:

ADA Universiteti Amerika Universitetinin Vaşinqton HüquqFakültəsi ("AUWCL") ilə hüquqşünaslıq üzrə birgə bakalavr vəmagistr proqramı elan edib.

Bu münasibətlə keçirilən açılış mərasimində ABŞ-ninAzərbaycandakı səfiri Mark Libbi, ADA Universitetinin ABŞ-dakıMərkəzinin prezidenti Qalib Məmməd, Amerika UniversitetininVaşinqton Hüquq Fakültəsinin “Beynəlxalq Hüquq AraşdırmalarıProqramı”nın rəhbəri professor Padide Alay da daxil olmaqlaUniversitetin nümayəndə heyəti, o cümlədən ADA Universitetininprorektorları, dekanları və tələbələri iştirak ediblər.

Qonaqları salamlayan tədbirin moderatoru, ADA UniversitetininDövlət, xarici və tələbə işləri üzrə prorektoru Fariz İsmayılzadəUniversitetin əmək bazarının tələblərini qarşılayan peşəkarlaryetişdirmək üçün xarici ali təhsil ocaqları ilə yeni əməkdaşlıqlaraimza atdığını diqqətə çatdırıb.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi bu gün təqdim edilənproqramın ABŞ və Azərbaycan arasında genişlənən təhsil əlaqələrindənümunə olduğunu bildirib. Səfir qeyd edib ki, proqram vasitəsiləazərbaycanlı tələbələr ABŞ-nin prestijli hüquqşünaslarından dərsalacaqlar.

Çıxışında "ADA Universiteti yeni-nəsil azərbaycanlı qanunkeşikçiləri yetişdirəcək", - deyə bildirən Qalib MəmmədUniversitetin vaxtilə elmdə, təhsildə yeni səhifə açan tariximaarifpərvərlərin izi ilə getdiyini vurğulayıb. ADA Universitetininhüquq təhsilində açdığı yeni səhifəni isə bunun bir nümunəsi kimiqiymətləndirib. Qalib Məmməd əlavə edib ki, proqram ölkəmizə yalnızhüquqşünaslar deyil, həm də akademik tədqiqat bacarıqlarına malikpedaqoqlar qazandıracaq.

Professor Padide Alay çıxışında ADA Universiteti ilə "AUWCL"inməqsəd və vizyonundakı bənzərliklərə toxunub. Çıxışçı əlavə edibki, iki fərqli qitəni təmsil edən bu iki universitet arasındakıəməkdaşlıq nəticəsində sürətlə dəyişən dünyanın tələblərinə cavabverəcək hüquqşünaslar yetişdiriləcək.

ADA Universitetinin Akademik işlər üzrə prorektoru ElkinNurməmmədov proqramın tələbələri nəzəri və praktiki biliklərləhərtərəfli təchiz edəcəyini vurğulayıb.

ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadovbildirib ki, proqram çərçivəsində tələbələr ADA Universitetində üçil təhsil aldıqdan sonra Amerikada təhsil üçün ixtisas seçimi etməkimkanı əldə edəcəklər.

ADA Universitetinin Tələbə işləri üzrə Dekanı Günay Ziyadovabirgə proqramın üstünlüklərindən bəhs edərkən vurğulayıb ki,tələbələr təhsillərini daha qısa müddətdə başa vuraraq təhsilxərclərini azaldacaq və əmək bazarına daha tez daxil olacaqlar.

Sözügedən proqram tələbələri həm Azərbaycan, həm də Amerikahüquq sistemləri ilə tanış edərək məzunları beynəlxalq miqyasdakaryera üçün hazırlayır. Məzunlar bütün dünyada məşğulluq imkanlarıilə təmin edilirlər və beynəlxalq səviyyədə tanınan ixtisasdərəcələri ilə rəqabət üstünlüyü qazanırlar.

Yeni təqdim edilən birgə proqram tələbələrə cəmi dörd il ərzindəhəm bakalavr, həm də magistr dərəcələri qazanmağa imkan verəcək.Tələbələr üç il ADA Universitetində, növbəti bir il isə AmerikaUniversitetinin Vaşinqton Hüquq Fakültəsində təhsil alacaqlar.

ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
ADA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
3
az.trend.az

4Mənbələr