AZ

"Digər beynəlxalq tədbirlərdə olduğu kimi Azərbaycan COP29-a da böyük töhfə verəcək" - DEPUTAT

"Digər beynəlxalq tədbirlərdə olduğu kimi Azərbaycan COP29-a da böyük töhfə verəcək" - DEPUTAT

"Azərbaycan hər zaman beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib. COP29 da dünyada ən böyük tədbirlərdən biridir. İnanıram ki, bu tədbirə də Azərbaycan uğurla ev sahibliyi edəcək".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, COP29 -da müzakirə edilən mövzu insan həyatı üçün önəmlidir:

"Ekologiya və ətraf-mühitin qorunması mövzusu bizim cəmiyyət üçün hələ yenidir. 2024-cü ilin yekununda ölkəmizdə bu mövzuya daha çox diqqət ediləcək. Azərbaycan bütün konvensiyalara qoşulub və bu günə qədər üzərinə götürdüyü öhdəlikləri uğurla həyata keçirib. COP29-un ölkəmizdə keçirilməsi üzərimizə götürdüyümüz öhdəlikləri daha da artırır".

Deputat vurğulayıb ki, COP29-a hazırlıq işləri uğurla davam edir

"COP29-a görə bu il bütün dünyanın gözü Bakıda olacaq. COP29 bu vaxta qədərki COP sessiyalarının ən uğurlusu olacaq. Müzakirə olunacaq mövzuların əhəmiyyəti və iştirak edəcək qonaqların sayı bunu deməyə əsas verir. COP29-da müzakirə ediləcək mövzular bütün insanların həyatı üçün əhəmiyyətlidir. Düşünürəm ki, digər beynəlxalq tədbirlərdə olduğu kimi Azərbaycan COP29-a da böyük töhfə verəcək.

180-dən çox dövlətin nümayəndəsinin iştirak edəcəyi bu nəhəng tədbirdə ətraf mühitin mühafizəsi, ekologiya, "yaşıl enerji" sahələrində ixtisaslaşan qurumların təmsilçilərinin geniş müzakirəsi bu sahələrə sərmayə axıcılığını stimullaşdırır. Ən önəmlisi isə "yaşıl iqtisadiyyat" quruculuğu yolunda təşəbbüsləri bir araya gətirir. COP29 sammiti Azərbaycanın etibarlı tərəfdaş ölkə kimi dünyada açıq təşəbbüslərin açıq məkanına çevrilməsini şərtləndirməklə, gələcək yeni enerji proqramlarında bölgənin aparıcı sərmayə nöqtəsinə çevrilməsin və bir ay ərzində 80 mindən çox turistin ölkəmizə gəlməsi turizmin inkişafına töhfə verəcək".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
sonxeber.az

1Mənbələr