AZ

"Milan"da baş məşqçi postuna yeni namizəd

İtaliya A Seriyası təmsilçilərindən "Milan" Marselo Qalardonu baş məşqçi təyin etmək imkanlarını araşdırır.

Apasport.az xəbər verir ki, "rossonerilər" mövsümün sonunda Stefano Pioli ilə yollarını ayırmağı planlaşdırır.

Komandanın başında duran vəzifəyə əsas namizədlər Serxio Konseysao və Paulo Fonseka hesab edilsə də, hər iki mütəxəssislə danışıqlarda irəliləyiş olmayıb.

Tezliklə "Əl-İttihad"dan ayrılacaq Marselo Gallardo da "Milan" üçün yeni namizəddir. Argentinalı ilə əlaqə artıq qurulub.

Qallardonun təyinatı ilə bağlı ən ciddi problem onun maaşı ola bilər. O, Səudiyyə Ərəbistanında hər mövsümə təxminən 22 milyon avro maaş alıb.
 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
apasport.az

1Mənbələr