AZ

Hokkey komandamızdan daha bir QƏLƏBƏ - FOTO

Tatarıstanın paytaxtı Kazan şəhərində İslam ölkələri arasında keçirilən “Orxis Cup” ikinci beynəlxalq hokkey turniri davam edir.

İdman.biz xəbər verir ki, tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edən Azərbaycanın hokkey komandası ilə yanaşı, Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstan təmsil olunurlar.

Bu gün Azərbaycanın “Baku Flames” komandası İranla qarşılaşıb. Oyun təmsilçimizin 11:6 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, Azərbaycan ilk oyununda Bəhreyn komandasına 8:3 hesabı ilə qalib gəlmişdi.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
idman.biz

1Mənbələr