AZ

PSJ Kilian Mbappenin boşluğunu “Napoli”nin futbolçuları ilə doldurmaq istəyir

Kilian Mbappenin komandadan getməsindən sonra PSJ hücum xətti üçün “Napoli”nin iki futbolçusu ilə maraqlanmağa başlayıb.

Məlumata görə, Fransa klubu Viktor Osimhen və Xviça Kvaratsxeliyanın keçidində maraqlıdır.

Klub rəsmiləri Kilian Mbappeni komandada saxlamaq üçün çox çalışsalar da, bacara bilməyiblər. Fransalı ulduz yeni mövsümdən etibarən “Real Madrid” klubunda çıxış edəcək. PSJ isə Viktor Osimhen və Xviça Kvaratsxeliyanın keçidi üçün “Napoli” ilə danışıqlara başlayıb.

Qeyd edək ki, İtaliya klubu istədiyi məbləğin ödənəcəyi təqdirdə keçidə icazə verəcəyini bildirib.

Mənbə: Goal.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
36
oxu.az

1Mənbələr