AZ

ABŞ və Tayvan donanmaları Çinə qarşı gizli təlimlər keçirib

ABŞ və Tayvan donanmaları aprel ayında Çindən gələn təhdidlərin artması iddiaları fonunda gizli birgə təlimlər keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

"Reuters" yazır ki, Çinin Tayvanın hava hücumundan müdafiə identifikasiya zonasına "demək olar ki, gündəlik hücumları" və Çinin ada yaxınlığında keçirdiyi hərbi təlimlər fonunda son illərdə Vaşinqton və Taypey hərbi əməkdaşlığını genişləndirib.

Rəsmi olaraq açıqlanmayan təlim aprel ayında Qərbi Sakit okeanda baş tutub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
operativmm.az

1Mənbələr