AZ

Türkiyədə Azərbaycandan bəhs olunan filmin baş rol ifaçısı vəfat edib

Türkiyəli məşhur aktrisa, Azərbaycanda Sovet hakimiyyətinə qarşı mübarizədən bəhs edən “501 nömrəli kamera” filmində əsas rollardan birini oynamış Aytən Gökçer 84 yaşında vəfat edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, mayın 15-də Zincirlikuyu qəbiristanlığında həyat yoldaşı Cüneyt Gökçerin məzarının yanında dəfn olunacaq.

Aytən Gökçer 1940-ciı il yanvarın 26-də Ankarada anadan olub. Peşəkar fəaliyyətə 1952-ci ildə Ankara Dövlət Konservatoriyasının balet bölümündə başlayıb. Altı il sonra Ankara Dövlət Teatrına keçib. Cüneyt Gökçerlə ailə qurub, Aslı Gökçer Oba adlı qızı var.

“501 nömrəli kamera” rejissor Nüsrət Eraslanın çəkdiyi ikisi sənədli olmaqla, beş hissəli bədii filmdir. 1967-ci ildə çəkilən filmdə baş rolları Cüneyt Gökçer və Aytən Gökçer oynayıb.

Üç saatlıq filmdə sovet rejimi dövründə Bakıda Hərbi Hava Məktəbinin Uçuş Bölməsinin komandiri olarkən “KQB”nin (DTK) zülmünə dözməyərək iki dostu ilə birlikdə Türkiyəyə qaçan və barələrində ölüm hökmü çıxarılmış azərbaycanlı zabitin fəaliyyətindən bəhs olunur.

Filmdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bayrağı da bir neçə kadrda nümayiş etdirilir. Müəllif bununla sovet dövründə Xalq Cümhuriyyəti ideyaları ilə SSRİ-yə qarşı mübarizənin səngimədiyini göstərməyə çalışıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
184
7
report.az

7Mənbələr