AZ

Suya görə İranla Əfqanıstanın gərginliyi artır

İranla Əfqanıstan hökumətləri arasında su payı barədə gərginlik illərdir davam edir.

İranın “Xəbər Onlayn” internet səhifəsi Əfqanıstanın İranla sərhəddə ən böyük bəndi hesab olunan və Hərirud yolunda tikilmiş Paşdan bəndinin bitirilməsi barədə xəbər yayıb. 

Ərqanıstan tərəfindən Hərirud çayı üzrə bəndin qurulması ilə iki ölkə arasında  su payı barədə qarşıdrumanın artacağı güman olunur. 

Taliban hakimiyyətinin bildirdiyinə görə Paşdan bəndinin İranla sərhəddin yuxarısında ikinci fazası da 5 aya bitiriləcək. 

Paşdan bəndi 45 milyon kubmetr tutumla Əfqanıstana 2 meqavat elektirk təmin etməklə 13 min hektar əkin sahəsinin suvarılmasına imkan yaradır. 

Mütəxəssilərin fikrincə həmin bəndin tikilməsi İran və Tacikistanda su çatışmazlığını kəskinləşdirəcək. Bənd Əfqanıstanın Herat Əyalətində tikilib.

visiontv.az



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
visiontv.az

1Mənbələr