AZ

ABŞ və Tayvan Sakit okeanda hərbi təlimlər keçirib

ABŞ və Tayvan Çindən “artan hərbi təhdidlər” fonunda hərbi əməkdaşlığı gücləndirməyə davam edir.

Editor.az “Reuters”ə istinadən xəbər verir ki, iki ölkənin donanması aprel ayında Sakit okeanda rəsmi məlumat verilməyən təlimlər keçirib.” Reuters”in həmsöhbətlərindən biri təlimlərin rəsmi olaraq keçirilmədiyini və “planlaşdırılmamış dəniz təmasları” kimi xarakterizə edildiyini söyləyib. Birləşmiş Ştatlar və Tayvan arasında hərbi əlaqələr, o cümlədən səfərlər və təlimlər gizlidir və Çinin etirazları səbəbindən rəsmi olaraq təsdiqlənmir.

Pekin Tayvanı öz ərazisi hesab edir və Vaşinqton rəsmi olaraq “bir Çin” prinsipini tanıyır. Mənbələrin “Reuters” agentliyinə verdiyi məlumata görə, təlimlər Sakit okeanın qərbində baş tutub. “Çoxsaylı hərbi aktivlər” yerləşdirilib – hər iki tərəfdən ümumilikdə onlarla gəmi, o cümlədən freqatlar, təchizat və dəstək gəmilərindən istifadə edib. Agentliyin məlumatına görə, tərəflər arasında təlimlərin “sadəcə təsadüfi təmasların nəticəsi olduğu” barədə açıqlanmayan razılıq var. “Elə bil bu restoranda nahar edirkən, siz də orada olmusunuz” – deyə mənbə izah edib.

Qeyd edək ki, Tayvan donanması “tez-tez başqa ölkələrin gəmiləri ilə təmasda olduğunu və lazım gəldikdə onlarla təlimlər keçirdiyini” söyləyib. Pentaqon şərh verməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
208
18
editor.az

10Mənbələr