AZ

Zyuqanov Putinion  hansı namizədlərinə “YOX” deyəcək?

Rusiya parlamentinin Kommunist Partiyası fraksiyası federal nazirlər Oksana Lut, Aleksey Çekunkov və Anton Əlixanovun vəzifələrinə namizədləri dəstəkləmək qərarına gəlib.

Herbiand.az xəbər verir ki, bu barədə “Vedomosti” nəşrinə partiyadakı mənbə bildirib.

Mənbənin məlumatına görə, Kommunist Partiyasından olan deputatlar maliyyə və iqtisadi blokun naziri vəzifəsinə təklif edilən namizədlərin əleyhinə səs verəcəklər: Aleksey Reşetnikovun İqtisadi İnkişaf Nazirliyinə və Anton Siluanovun Maliyyə Nazirliyinə rəhjbərlik etmələri kommunistlərin ürəyincə deyil.

Həmçinin, Kommunist Partiyası Mixail Muraşkonun (səhiyyə naziri vəzifəsinə), Valeri Falkovun (Təhsil və Elm Nazirliyinin rəhbəri vəzifəsinə), Maksut Şadayevə (Rəqəmsal İnkişaf Nazirliyinin rəhbəri vəzifəsinə), Mixail Deqtyarevin (İdman naziri vəzifəsinə) namizədlikləri üzrə səsvermədə bitərəf qalacaq., Zyuqanov mayın 14-də keçirilən iclasda bildirib ki,  Sergey Kravtsovun təhsil naziri vəzifəsinə namizədliyinin əleyhinə səs vermənin zəruriliyi ilə razılaşır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
49
herbiand.az

1Mənbələr