AZ

Türk konsulu qətlə yetirən şəxs İrəvanda saxlanılıb

İrəvan polisi hökumət əleyhinə etiraz aksiyalarında iştirak edən ASALA terror təşkilatının üzvü Ambik Sasunyanı saxlayıb.

APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, A. Sasunyan naməlum istiqamətə aparılıb.

Xatırladaq ki, o, 1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kemal Arıkanın qətlində ittiham edilərək əfv hüququndan yararlanmaq qadağası ilə ömürlük azadlıqdan məhrum edilib.

2016-cı ildə isə Kaliforniya Məhkəməsi Ambik Sasunyanın şərti azadlığa buraxılması barədə hökm çıxarıb.

Qərarın təsdiqi Kaliforniyanın qubernatoruna həvalə edilib.


Üç il davam edən müzakirələr nəticəsində sözü gedən qərar 2019-cu ilin dekabrında icra olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
10
apa.az

10Mənbələr