AZ

ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya gəlib

ABŞ dövlət katibi Entoni Blinken Ukraynaya gəlib. O, Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək. Bundan əlavə Blinkenin baş nazir Denis Şmıqal və xarici işlər naziri Dmitri Kuleba ilə görüşləri planlaşdırılır.

Dövlət katibi rəsmilərlə “döyüş əməliyyatları, ABŞ-ın yeni təhlükəsizliyi və iqtisadi yardımının təsiri”, habelə ABŞ-ın uzunmüddətli öhdəlikləri və Ukraynanın iqtisadi cəhətdən yenidən qurulması səylərini müzakirə edəcək. ABŞ-dan “Associated Press”ə bildiriblər ki, Rusiya hərbi əməliyyatları başlayandan bəri Kiyevə dördüncü səfərində Blinken “Co Bayden administrasiyasının Ukraynanın müdafiəsi və uzunmüddətli təhlükəsizliyinə sadiqliyini vurğulayacaq”.

Onlar qeyd ediblər ki, müttəfiqlərə yeni yardım paketi haqqında qanunu imzaladıqdan sonra Bayden artıq qısamüddətli hərbi yardım üçün 1,4 milyard dollar, uzunmüddətli dəstək üçün isə 6 milyard dollar ayrıldığını elan edib. Amerika prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan dünən, mayın 13-də Vaşinqtonun Ukraynaya silah tədarükünü sürətləndirmək istəyini açıqlayıb. Onun sözlərinə görə, ABŞ tezliklə yeni yardım paketini açıqlayacaq.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
editor.az

1Mənbələr