AZ

İrəvanda etirazlarda bu gün saxlanılanların sayı 38 nəfərə çatıb

Bakı. Trend:

İrəvanda etirazlarda bu gün saxlanılan müxalifət fəallarınınsayı 38 nəfərə çatıb.

Trend xəbərverir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, etirazçılar İrəvanın küçələrini bağlayıblar.

Qeyd edək ki, Ermənistanda bir müddətdir ki, Azərbaycanlasərhədlərin delimitasiyası prosesinə etiraz edən müxalifətçiləretiraz aksiyaları keçirirlər. Onlar Ermənistanla Azərbaycanarasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğalaltında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına,ümumilikdə sülh prosesinə mane olmağa çalışırlar.

Ötən gün Ermənistan DİN 156 nəfərin saxlanıldığına, sonradanonların hamısının azadlığa buraxıldığına dair məlumat yayıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
2
1
az.trend.az

5Mənbələr