AZ

Hindistanda reklam lövhəsinin aşması nəticəsində 14 nəfər ölüb

Hindistanda

Bakı, 14 may, AZƏRTAC

Hindistanın cənub-qərbindəki Maharaştra əyalətində güclü fırtına zamanı reklam lövhəsinin aşması nəticəsində 14 nəfər ölüb, 75-ə yaxın insan yaralanıb.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin maliyyə paytaxtı Mumbayın Ghatkopar bölgəsində baş verib. Bildirilir ki, reklam lövhəsi yanacaqdoldurma məntəqəsinin yanında yerləşirdi. Qəzada zamanı ölən və yaralananlar küləkdən qorunmaq üçün məntəqəyə sığınan insanlar olub.

Yerli polis və yanğınsöndürmə idarəsinin əməkdaşları yaralıları yaxınlıqdakı xəstəxanaya çatdırıblar.

Son məlumatlara görə, Mumbay polisi qanunsuz quraşdırılmış reklam lövhəsinin sahibinə qarşı cinayət işi qaldırıb. Hadisə ilə bağlı geniş araşdırmalara başlanılıb.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azertag.az

1Mənbələr