AZ

Mourinyo "Fənərbağça" klubunu çalışdıra bilər

Portuqaliyalı baş məşqçi Joze Mourinyo Türkiyə Super Liqası komandası "Fənərbağça"nı çalışdıra bilər.

"Operativ Media" xəbər verir ki, "Fənərbağça"nın prezidentliyinə namizədliyini açıqlayan Əziz Yıldırım mətbuata açıqlama verib. O, yenidən seçiləcəyi təqdirdə Joze Mourinyonu gətirəcəyini açıqlayıb.

Yıldırım, “Mourinyo ilə üz-üzə görüşdüm. Ona "Fənərbağça"nın sənə ehtiyacı var, sənin də "Fənərbağça"ya ehtiyacın var" dedim. O da dediklərimi müsbət qarşıladı. Danışıqlarımız davam edir. Əgər seçilsəm, Mourinyonu gətirəcəm” deyə bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
219
19
operativmedia.az

10Mənbələr