AZ

“Barselona”nın sabiq futbolçusu görün necə dələduzluq edib! - İTTİHAM

“Barselona”nın keçmiş oyunçusu Edqar Ye dələduzluqda ittiham olunub.

Sportinfo.az “Marca”ya istinadən xəbər verir ki, 30 yaşlı futbolçu əkiz qardaşı Edelino Yeni “Dinamo” ilə müqavilə üçün göndərdiyi iddia olunub.

Hələlik Buxarest klubundan bununla bağlı rəsmi açıqlama verilməyib, lakin mərkəz müdafiəçisinin ingiliscə danışa bilməməsi və sürücülük vəsiqəsini göstərməkdən imtina etməsi onlarda şübhələrə səbəb olub.

Klub futbolçudan sənədini göstərməsini tələb edəndə o, bundan imtina edib.

Əgər bu sübut olunarsa, “Dinamo” onun oynadığı bütün matçlara görə texniki məğlubiyyət alacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
sportinfo.az

1Mənbələr