AZ

Naxçıvanda qızlar üçün Femmes Digitales regional mentorluq proqramı - FOTOLAR

"STARTECH 2024": Naxçıvanda qızlar üçün Femmes Digitales regional mentorluq proqramı yeni zirvələrə çatdı

Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş IX regional mentorluq proqramı Femmes Digitales - "STARTECH 2024", 11 may 2024-cü il tarixində Naxçıvan regional “ASAN xidmət” mərkəzində uğurla keçirilmişdir. Məktəbli qızların texnologiya sahəsində bilik səviyyəsinin artırılmasına yönəlmiş tədbir, “ASAN xidmət”, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatı dəstəyi ilə həyata keçmişdir.

Regional proqram B.EST Solutions, SIRAB, Fominov Consulting şirkətlərinin maliyyə, eləcə də Bloom Group və STEP IT Academy ilə əməkdaşlıq və InfoСity jurnalının informasiya dəstəyi ilə həyata keçirilmişdir.

Konfrans Naxçıvan “ASAN xidmət” mərkəzinin direktoru Tural Əliyevin salamlama nitqi ilə başlamışdır. Daha sonra tədbirdə, Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Naziri Rahid Ələkbərli, o cümlədən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin innovasiyalar üzrə aparıcı müşaviri Pərvin Hacıyev çıxış edərək qızların texnologiyalar sahəsində iştirakının vacibliyini vurğulamış, və bu kimi təşəbbüslərin gənclər arasında texnoloji savadın artırılmasına yardım edəcəyini  arzulamışdırlar.

Tədbir “FEMMES DIGITALES” Ictimai birliyinin nümayəndələrinin açılış sessiyası ilə davam etmiş və onlar öz ideya və təcrübələrini bölüşərək məktəbliləri sənayedəki texnoloji imkanları araşdırmağa ruhlandırmışdırlar. Sessiya zamanı  iştirakçılar müxtəlif peşələr üzrə texnologiyalar ilə bağlı gündəlik iş və təcrübələrlə tanış oldular. Həmçinin məktəbli qızlara Azərbaycanda təhsillərini texnologiyalar sahəsində davam etdirə biləcək məktəb və universitetlərin xəritəsi nümayiş etdirilmişdir. Konfransın gündəliyi, İKT sahəsində aparıcı ekspertlərin seminarlarını və master klasslarını ehtiva etmişdir. İştirakçılar üçün “Süni İntellekt Dünyasında Macəralar” seminarı xüsusilə maraqlı oldu. Burada məktəbli qızlar süni intellektin imkanlarını və onun müasir dünyada tətbiqini, o cümlədən ChatGPT kimi qabaqcıl alətlərlə işləməyi öyrəndilər. Konfrans çərçivəsində həmçinin STEP IT Academy-nin mentorunun rəhbərliyi altında kodlaşdırma və robototexnika üzrə praktiki dərslər keçirildi.

Artıq bir neçə ildir ki, uğurla fəaliyyətini davam etdirən “STARTECH” layihəsi, məktəbli qızların İKT sahəsində inkişafına təkan verən əlamətdar hadisəyə çevrilmişdir. Proqram, Naxçıvan və ətraf kəndlərdən 70-dən çox iştirakçını ehtiva etmişdir. Regional konfrans qızların rəqəmsal dövrdə rolunu gücləndirməyə və gələcəkdə uğurlu peşəkar fəaliyyətə hazırlamağa yönəlmiş “FEMMES DIGITALES” ictimai təşkilatının təhsil təşəbbüsünün mühüm bir hissəsi olaraq işini davam etdirir. Bu dəfə Naxçıvanda keçirilmiş tədbirdə “FEMMES DIGITALES” ictimai birliyinin üzvləri olan B.EST Solutions, Pasha Bank, BLOOM Group, BESTCOMP, Fominov Consulting, MONT kimi şirkətlərin rəhbər və aparıcı mütəxəssisləri ilə yanaşı, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Elm və Təhsil Nazirliyi, DOST Agentliyi, “ASAN xidmət”, Bakı Avropa Liseyii kimi təşkilatlarrın  nümayəndələridə qatılmışdırlar. Maarifləndirici fəaliyyəti ilə yanaşı, konfrans fikir mübadiləsi və texnologiyalar sahəsinə həvəsli olan qızlar icmasının yaradılması platformasına çevrilmişdir.








Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
125
baku.news

1Mənbələr