AZ

Paul Onuaçu "Trabzonspor"la bağlı qərarını verdi - FOTO

"Trabzonspor"un yeni mövsümdə komandada saxlamaq istədiyi nigeriyalı hücumçu Paul Onuaçu klubla bağlı qərarını verib.

BAKU.WS İngiltərə mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı nigeriyalı hücumçu Paul Onuaçu "Trabzonspor"da qalmaq istəyir. 

Məlumata görə, "Trabzonspor"la "Sauthempton" arasında razılıq əldə olunsa transfer baş tutacaq. Fırtınanın ən böyük problemi "Sauthempton"un 10 milyon avrodan çox transfer qiymətidir. 

Qeyd edək ki, Paul Onuaçu liqada geridə qalan iki həftədə 2 qol vursa, 15 qolla “Trabzonspor”un son 4 mövsümün bombardiri Andreas Korneliusu keçəcək.

Nigeriyalı futbolçu qol sayını 16-ya çatdırsa, 2019-2020-ci il mövsümündə 24 qolla Qara dəniz komandasının bombardiri olan norveçli Aleksandr Sörlothdan sonra son illərin bombardiri olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
baku.ws

1Mənbələr