AZ

Mitsotakis HƏMAS-ı “terror təşkilatı” adlandırdı Ərdoğan işə qarışdı

Türkiyədə rəsmi səfərdə olan Yunanıstanın baş naziri Miçotakis prezident Ərdoğanla görüşündən sonra keçirdiyi mətbuat konfransında HƏMAS-ı “terror təşkilatı” adlandırıb və Ərdoğan buna müdaxilə edib. HƏMAS-ı müqavimət təşkilatı olaraq gördüyünü ifadə edən Ərdoğan, “HƏMAS-ı terror təşkilatı adlandırsanız, üzülürəm” deyib.

Turkustan.az xəbər verir ki, prezident Ərdoğan, Yunanıstanın Baş naziri Kiryakos Mitsotakisi Prezident Külliyesində rəsmi mərasimlə qarşıladı. Ərdoğan, ikitərəfli və nümayəndə heyəti görüşlərindən sonra Mitsotakis ilə birgə mətbuat konfransına qatılıb. Mətbuat konfransında Miçotakis ilə Ərdoğan arasında HƏMAS ilə bağlı fikir ayrılığı diqqət çəkib.

Yunanıstanın baş naziri Mitsotakis, "Yaxın Şərqlə bağlı Türkiyə ilə fikir ayrılığı var. Biz bilirik ki, İsrailin Qəzza bölgəsinə girməsi və terror təşkilatı olaraq qəbul etdiyimiz Həmas Türkiyə tərəfindən fərqli şəkildə qarşılanır". Prezident Ərdoğan bu ifadələrdən istifadə etdikdən sonra əks bəyanatla çıxış edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
2
turkustan.az

3Mənbələr