AZ

Angelos Postekoqlu: “Mançester Siti”yə uduzmağımızı istəyirlər”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “mahmızlar”ın “Mançester Siti” ilə qarşıdakı oyunu haqda sərt danışıb.

Arena.az xatırladır ki, “Tottenhem” 34-cü turdan təxirə salınmış oyun çərçivəsində “Mançester Siti”ni qəbul edəcək.

Bu oyun cari mövsüm İngiltərə Premyer Liqasının çempionu adına aydınlıq gətirmək baxımından əlamətdar olacaq.

“Sosial şəbəkələrə baxsanız, azarkeşlərin 99%-i “mahmızlar”ın “Mançester Siti”yə uduzmasını istəyirlər. Amma lütfən, mənə deməyin ki, bu, sənin dünyandır, çünki əgər belədirsə, deməli, sizin məsləhətə ehtiyacınız var. Mən rəqabətin ruhunu başa düşürəm, amma öz komandasının uduzmasını istəyən adamı heç vaxt başa düşməyəcəyəm”, – məşhur italyan jurnalist-insayder Fabritsio Romano yunanəsilli avstraliyalı mütəxəssisdən sitat gətirir.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda “Arsenal” 37 oyuna topladığı 86 xalla Premyer Liqanın yarış cədvəlinin şərti lideri, “Mançester Siti” isə 36 oyundan 85 xalla “topçular”ın təqibçisi qismində mümkün lider mövqeyindədir. Hər iki komada Premyer Liqa çempionluğu uğrunda müvarizə aparır və ixtiyari büdrəmə digər rəqibin çempionluğu qazanması ilə nəticələnəcək. Amma bir məqam da var ki, həm “Arsenal” və həm də “Tottenhem” Londonu təmsil edən qatı rəqiblərdir. Belə bir vəziyyət yaranıb ki, bir çox qeyri-idman ruhunda düşünən azarkeşlər “topçular”ın çempion olmaması üçün “mahmızlar”ın “şəhərlilər”ə məğlubiyyətini üstün tuturlar. “Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu məhz bu xoşagəlməz məqama dair sərt mövqe tutub.

“Tottenhem”ə gəlncə, “mahmızlar” 36 oyundan 63 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıblar. Bu pillə növbəti mövsüm Avropa Liqasına vəsiqə verir, amma “Tottenhem” nəzəri cəhətdən Çempionlar Liqasına düşmək imkanına malikdir və bunun üçün sona qədər mübarizə aparacağı şübhə doğurmur. “Mançester Siti” üzərində qələbə bu məqsədə doğru vacib addım ola bilər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
arena.az

1Mənbələr