AZ

ABŞ İsrailin yaxın günlərdə Rəfahda əməliyyat keçirəcəyini proqnozlaşdırıb

İsrail Rəfah şəhəri ətrafına kifayət qədər sayda əsgər toplayıb.

CNN xəbər verir ki, quru əməliyyatının yaxın günlərdə başlaması planlaşdırılır.

Lakin Amerika rəsmiləri telekanala müsahibəsində etiraf ediblər ki, yəhudi dövlətinin bu addımla bağlı yekun qərar verdiyinə əmin deyillər, çünki bu, Baydenə “birbaşa çağırış” olacaq.

Mənbələrdən birinə görə, İsrail hələ də Rəfahda quru əməliyyatı üçün lazımi hazırlıqları görməyib. Xüsusən də qida və gigiyena ilə bağlı heç bir infrastruktur yoxdur. Nəşr xatırladıb ki, əgər İsrail Rəfahı işğal etsə, bu, əslində Amerika hakimiyyətinin son aylarda etdikləri xəbərdarlıqlara zidd olacaq.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
60
dogru.az

1Mənbələr