AZ

“Dedim ki, məni niyə qorxudursan?”

Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov keçmiş Qarabağ münaqişəsinin həlli istiqamətində onun zamanında aparılan danışıqlardan söz açıb.

BAKU.NEWS “Qafqazinfo”a istinadla xəbər verir ki, o, bu barədə İTV-yə müsahibəsində danışıb.

Sabiq nazir keçmiş danışıqları belə xatırlayıb:

“Hələ 2016-cı ildə ard-arda zənglər edilirdi: ABŞ-nin Dövlət katibi, Fransa, Rusiya xarici işlər naziri, Aprel döyüşlərinin ilk günlərində Ağ Evin müşaviri. Tez-tez mənə zənglər edir və çox qəribə ideyalarla çıxış edirdilər. Deyirdilər, “Siz orada haranı isə götürmüsünüz, indi ordunu geri, başlanğıc mövqeyinə qaytarmaq lazımdır”. Mən isə onlara belə cavab verirdim: “Siz nə danışırsınız? Biz öz ərazimizdəyik. Biz Təhlükəsizlik Şurasının sizin yekdilliklə qəbul etdiyiniz müvafiq qətnamələrə uyğun hərəkət edirik. İndi siz deyirsiniz ki, yenidən başlanğıq mövqeyinə qayıtmalıyıq? Bu, mümkün olan bir iş deyil”. Yəni, bu cür gərginliklər var idi. Danışıqlarda 7 rayonun qaytarılması hər zaman aktual mövzu idi. Sadəcə, ermənilər bununla razılaşmır, əvəzində Qarabağın müstəqilliyinin tanınmasını istəyirdilər. Mən həmkarlarımla danışıqlar zamanı mövqeyimizi əsaslandırdıqda çoxları açıq-aydın deyirdilər ki, nə üçün burada müharizə oxuyursunuz? Gücünüz varsa, bacarırsınızsa, gedin alın. Mən sonradan onlara dedim ki, siz bizi inandırdınız, biz də gedib aldıq.

Xatırlayıram ki, Ermənistan tərəfi bizə həmişə arqument kimi onlara Qarabağın müstəqilliyini və ya Qarabağın Ermənistanın tərkib hissəsi kimi tanımaları üçün çox güclü təzyiqin olduğunu bildirirdi. Mən Ermənistandan olan həmkarım ilə Parisdəki tet-a-tet söhbətimdə ona dedim ki, sən məni niyə qorxudursan?  Tanımaq istəyirsən, tanı. Amma unutma ki, bu heç də sadə məsələ deyil, sən Minsk qrupunu və həmsədrliyi məhv edəcəksən. Əgər Ermənistan Qarabağın müstəqilliyini və onun bu ölkənin tərkib hissəsi kimi tanısa, onda ABŞ, Fransa və Rusiyanın konfliktin həll edilməsi istiqamətində apardığı işin heç bir mənası olmayacaq. Biz həmişə deyirdik ki, müharibə olmadan mümkün olmayacaq. Bunu əvvəlki müsahibələrimdə də demişəm”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
236
6
baku.news

6Mənbələr