AZ

İrəvanda vəziyyət yenidən gərginləşib -VİDEO

Ermənistanda vəziyyət gərgin olaraq qalır. Xarici KİV-in yaydığı məlumata görə, baş nazir Nikol Paşinyanın istefasını və delimitasia prosesinin dayandırılmasını tələb edən radikallar, erməni müxalifətinin tərəfdarları səhər saatlarından etibarən İrəvanın mərkəzi küçələrini bağlamağa çalışırlar. 

Qeyd olunur ki, fəallar mərkəzi Saxarov meydanına toplaşıblar. "Yaxınlıqda dövlət binaları var. Xüsusi təyinatlı polis qüvvələri vətəndaşların ətraf küçələri bağlamasına mane olmağa çalışır", -TASS yazıb.

Sputnik Armeniya isə yazır ki, “Vətən uğrunda Tavuş” hərəkatının digər tərəfdarları Yeritasardakan metro stansiyasından yürüş başlayıblar:

"Onlar bir müddət Nalbandyan və Sayat-Nova küçələrinin kəsişməsini bağlasalar da, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların qarşısını kəsiblər. Həmin vaxt əraziyə müəyyən polis qüvvələri cəmləşmişdi. İki deputat Artur Xaçatryan və Qeqam Manukyan da etirazçılarla birlikdədir".

Qeyd edək ki, iki gündür ölkədə “Vətən uğrunda Tavuş” yeni müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın rəhbərliyi ilə itaətsizlik aksiyaları keçirilir. 

Ümumilikdə isə gərginlik aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə Qazaxın 4 kəndinin (Aşağı Əskipara, Xeyrımlı, Bağanıs Ayrım, Qızılhacılı) Azərbaycana qaytarılması barədə razılıq əldə ediləndən sonra artıb. Ölkədə aksiyalar keçirilir, revanşistlər sərhədlərin dəqiqləşdirilməsinə, tarixi kəndlərimizin geri qaytarılmasına qarşı çıxırlar.

Tural


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
news365.az

1Mənbələr