AZ

Dövlət satınalmalarında hansı qanun pozuntularına yol verilir? - Ekspertdən AÇIQLAMA

Son zamanlar “Dövlət satınalmaları  haqqında” qanunun tələbləri davamlı şəkildə pozulur. Pozuntu halları müxtəlif cür olur. Məsələn, qanunda açıq şəkildə yazılıb ki, müsabiqə iştirakçılarının ilk növbədə bu sahədə təcrübəsi olmalıdır. Yəni iddiaçı şirkətin ən azı 2-3 illik təcrübəsi olmalıdır.Amma baxırsan ki, 1 ay qabaq yaradılan şirkət hansısa tenderin qalibi olub. Çox təəssüf ki, bu qaydalar tez-tez pozulur”.

Bunu News365.az  -a açıqlamsında iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, digər qanun pozuntusu isə ondan ibarətdir ki, bir adam danışıqlara gedərək tenderə özünə yaxın bir neçə şirkət soxur:

“Sonda isə ən optimal qiyməti özü verir. Nəticədə isə eyni şirkət davamlı olaraq tenderlərin qalibi olur. Başqa bir qanun pozuntusu isə qiymət məsələsidir. Qanunda qiymətlərin tənzimlənməsi ilə bağlı şübhə doğuran məqamlar olduqda həmin şirkətin təklifinin geri çevrilməsi qaydası var. Amma bir çox hallarda qanunun bu tələbi Tender Komissiyası tərəfindən və bəzi iddiaçılar tərəfindən pozulur. Bir də baxırsan ki, iddiaçı şirkət elə qiymət təklif edir ki, o real bazar qiymətlərindən xeyli aşağı səviyyədədir. Halbuki, qiymət fərqi bazar qiymətindən 5-10 faiz aşağı ola bilər. Daha 30-40 faiz aşağı ola bilməz ki... Ümumiyyətlə, alınan xidmətlərə görə təklif olunan qiymətlər ağlabatan səviyyədən çox aşağı səviyyədə göstərilsə onda bu iddiaçı Tender Komissiyası tərəfindən rədd edilməlidir. Çünki, ucuz qiymət ilk növbədə işin keyfiyyətinə şübhə yaradır. Əgər xidmət çox aşağı qiymətə təklif olunarsa ondan keyfiyyət gözləməyə dəyməz. Amma, təəssüflə deməliyik ki, bu qaydalar tenderlərdə ən çox rast gəlinən pozuntular siyahısına daxildir. Bəzi iri şirkətlər öz rəqiblərini sıradan çıxarmaq üçün bir çox hallarda real qiymətlərdən aşağı xidmət təklif edirlər.Bu da mövcud qanunvericiliklə daban-dabana ziddir. Ədalət naminə deyək ki, “Dövlət satınalmaları  haqqında” çox mükəmməldir. Amma bir çox təşkilatlar tender  və katirovka sorğusu keçirərkən qanunun tələblərini pozur”.

İlhamə Qiyas, News365.az  


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
news365.az

1Mənbələr