AZ

"Məndən nə istəyirsiniz?" - Vuçiç

Serbiya prezidenti Belqradda Yelena Zelenskaya və Dmitri Kuleba ilə görüşüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, danışıqlardan sonra Vuçiç Belqrad və Kiyev arasında ikitərəfli münasibətlərin yaxşılaşdırılması və Serbiyanın Kiyev səfirinin geri qaytarılması ilə bağlı razılıq əldə olubduğunu bildirib. 

"Məndən nə istəyirsiniz? 40 milyon əhalisi olan ölkəni tanımayım? Ukrayna Serbiyaya qarşı heç bir pislik etməyib və Belqrad Kosovonu tanımayan Kiyevlə əməkdaşlıq etməlidir", - Vuçiç ukraynalı həmkarının həyat yoldaşı Yelena Zelenskaya və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

Ağarza Elçinoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
unikal.az

1Mənbələr