AZ

“Tesla” Şanxayda yeni akkumulyator zavodu tikəcək

Müəllif:Ayşən İmanova/Banco.az

İlon Maskın “Tesla” şirkəti Şanxayda “Megapack” akkumulyator zavodunun tikintisinə icazə alıb. Bu, ABŞ-dan kənarda ilk “Megapack” istehsal layihəsidir.

Banco.az xəbər verir ki, tikinti müqaviləsi 2023-cü ilin sonunda imzalanıb. 2025-ci ilin birinci rübündə zavodda akkumulyatorların kütləvi istehsalına başlanması nəzərdə tutulur. İlk mərhələdə Şanxay pilot azad ticarət zonasının Linqanq rayonundakı müəssisə 10 min akkumulyator istehsal edəcək.

Qeyd edək ki, “Megapack” batareyaları elektrik nəqliyyat vasitələri üçün deyil, şəbəkə miqyaslı enerjinin saxlanması üçün nəzərdə tutulub. “Tesla” hesab edir ki, belə bir akkumulyatorun doldurulması orta hesabla 3,6 min evi bir saat ərzində enerji ilə təmin etmək üçün kifayət edir.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
61
banco.az

1Mənbələr