AZ

400 il əvvəl itmiş səyyahın qalıqları tapıldı

İsveçrənin Alp dağlarında Teoduli buzlağında varlı səyyahın 400 illik qalıqları tapılıb. Nazik dəri ayaqqabılı səyyahın üzərindən çoxlu sikkələr, silahlar tapılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Business Insider” məlumat yayıb.

Tapıntı yerində həmçinin qəhvəyi saçlı kəllə sümüyü, ipək paltar parçaları, şüşə düymələr, ülgüc, bir neçə bıçaq, 200-ə yaxın sikkə, qızıl-zinət əşyaları, xəncər və qılınc aşkar edilib. Bütün bu əşyalar təxminən 1600-cü ilə aiddir. Bundan əlavə, yaxınlıqda iki qatırın qalıqları tapılıb. Qatırların bu xüsusi səyyaha aid olub-olmadığı bəlli deyil. “Bu, hərbi silah deyil, ritual qılıncoynatma alətləridir. Bir qayda olaraq, onları zənginlər taxırdılar. Paltarın döyüşçüyə aid olmadığı da aydındır”, – İsveçrə Tarix Muzeyinin kuratoru Pyer-İv Nikod bildirib.

Bundan əlavə, sümüklərdə heç bir travma izi tapılmayıb. Arxeoloqlar hesab edirlər ki, o, çox güman ki, tacir olub və təsadüfən, bəlkə də yarığa düşərək və ya şəraitin əlverişsiz birləşməsi səbəbindən dünyasını dəyişib.

Yeri gəlmişkən, son vaxtlar Alp dağlarında yeni elmi sahə – buzlaq arxeologiyası inkişaf edir. Son dörd onillikdə elm adamları İsveçrə və İtaliyanın yavaş-yavaş əriyən buzlaqlarını tədqiq edib və vaxtilə qar, buz təbəqələri altında basdırılmış artefaktları axtarıblar.

Qeyd edək ki, Theoduli keçidi bir vaxtlar müasir İsveçrənin Valais bölgəsindən Aosta vadisinə (İtaliya) gedən məşhur bir marşrut olub. Ona görə də həmin bölgədə elmi əhəmiyyət kəsb edən qazıntılar tapmaq olur.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
11
konkret.az

10Mənbələr