AZ

Bakıda 70 yaşlı kişi özünü binadan ataraq ölüb

Bakıda 70 yaşlı kişi intihar edib.

E-huquq.az-ın məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1954-cü il təvəllüdlü Rasim Əhmədov yaşadığı mənzilin yataq otağının pəncərəsindən özünü ataraq intihar edib.

Məlumata görə, R.Əhmədov uzun müddət yaddaş pozuntusu xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Orxan Rasifoğlu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
e-huquq.az

1Mənbələr