AZ

“Bаkı Tikiş Еvi” səhmdarlarını - YIĞINCAĞA ÇAĞIRIR

28 iyun 2024-cü il sааt 11.00-dа  “Bаkı Tikiş Еvi” АTSC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

FED.az xəbər verir ki, yığıncaq cəmiyyətin yerləşdiyi inzibatı binada keçiriləcək.

Yığıncagın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1.“Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyətinin icra orqanlarının seçilməsi.

2.“Bakı Tikiş Evi” Açıq Tipli Səhmdar Cəmiyyətinin 2022 və 2023-cü maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiq olunması.

Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10.00-dan 18.00-dək səhmdar cəmiyyətin Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 113 nömrəli ünvanda yerləşən inzibati binasında səhmdar cəmiyyətin idarə heyətinin sədrinə müraciət etməklə tanış ola bilərlər.

Yığıncaqda iştirak etmək vacibdir.

Ünvan – Bakı şəhəri, Mərdanov qardaşları küçəsi 113.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
158
3
fed.az

5Mənbələr