AZ

İsveçdə dələduzluqla bağlı 238 min cinayət qeydə alınıb - » AzadMedia.az



İsveçdə yaşlı vətəndaşlar getdikcə daha çox fırıldaqçıların qurbanı olurlar - bu cinayətlər mütəşəkkil cinayətkarlığın ən böyük gəlir mənbələrindən biridir.
Belə ki, ötən il İsveçdə dələduzluqla bağlı 238 min cinayət qeydə alınıb. Fırıldaqçılıqla Milli Mübarizə Mərkəzinin hesablamalarına görə, cinayətkarlıq fəaliyyəti nəticəsində əldə olunan gəlirlər təxminən 692 milyon dollar təşkil edib ki, bu da 2022-ci ilə nisbətən 22 faiz çoxdur.

İsveç Banklar Assosiasiyası fırıldaqçılıqla mübarizə üçün vaxt gecikməsi və ödəniş məbləğlərinin məhdudlaşdırılması, müştəri tərəfindən əlavə nəzarət, habelə “Swish” və “Bank-id” mobil ödəniş sistemində fırıldaqçıların mümkün bloklanması kimi bir sıra tədbirlər görmək niyyətindədir.

Ədliyyə naziri Gunnar Strömmer və maliyyə naziri Niklas Vikman İsveç Banklar Assosiasiyasının təqdim etdiyi təklifləri müzakirə etmək üçün bank sektoru nümayəndələri və polis məmurları ilə görüşüblər.

"Biz təklifləri diqqətlə təhlil edəcəyik. Ümid edirik ki, təqdim olunan təkliflərin icrası cinayətkarlıqla mübarizə aparmağa kömək edəcək", - deyə Niklas Vikman mətbuat konfransında bildirib.

Təklif olunan tədbirlər tədricən, lakin 2025-ci ildən gec olmayaraq tətbiq olunacaq. Eyni zamanda, iş artıq başlamışdır və hökumət bu il ərzində müəyyən bir səmərə görməyə ümid edir. AZƏRTAC
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
122
3
azadmedia.az

4Mənbələr