AZ

Bu saata qədər olan əsas hadisələr -İCMAL

Musavat.com bu saata qədər əsas hadisələrin mövzu başlıqlarını təqdim edir.

⏺ Bayden Rusiyadan ABŞ-a uran idxalını qadağan edən qanunu imzalayıb - Ağ Ev açıqlayıb.

⏺ Finlandiya Kiyevə ardıcıl 24-cü yeni hərbi yardım paketi təqdim edir.

⏺ Cəbəllütariq boğazında qatil balinalar 15 metr uzunluğundakı gəmiyə çırpılaraq onu batırıblar.

⏺ Şuşaya daha bir məcburi köçkün karvanı yola düşüb: 136 nəfərdən ibarət 38 ailə.

⏺ Danimarkanın Baş naziri bildirib ki, bir ay ərzində Danimarkanın hədiyyə etdiyi 19 F-16 qırıcı təyyarəsi Ukrayna üzərində uçacaq.

⏺ Kim Çen In nüvə silahı hazırlayanlar üçün şəhər tikdi.

⏺ Reuters: İsrail qüvvələri Qəzzada şimaldan və cənubdan irəliləyir.

⏺ BFM telekanalı: Fransada yerli məktəbdə dərsin bağlanmaması üçün qoyunlar tələbə kimi qeydə alınıb.

⏺ Kobaxidze ölkədə “Ukrayna ssenarisi üzrə Maydan”ın baş verməsi ehtimalını istisna edib, çünki hazırkı müxalifətin “bunun üçün gücü yoxdur”.

⏺ Ərdoğan: 1000-dən çox Həmas döyüşçüsü hazırda Türkiyə xəstəxanalarında müalicə alır.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
1
musavat.com

2Mənbələr